Şirkət haqqında

“Kənddən Şəhərə” Dövlət Aqrar Ticarət Şirkətinin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi layihədir. “Kənddən Şəhərə” Elektron Satış Platformasının məqsədi də müştərilərə daha üstün xidmət göstərmək, ərzaq mallarına olan tələblərini daha sürətli və rahat şəkildə qarşılamalarını təmin etməkdir. Onlayn sifariş və çatdırılma xidməti sayəsində evinizi və ya ofisinizi tərk etmədən təbii, sağlam yerli qida məhsullarını ala bilərsiniz.

“Dövlət Aqrar Ticarət Şirkəti” MMC dövlətin həyata keçirdiyi aqrar siyasət konsepsiyasına dəstək olmaq, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının yerli və xarici bazarlara rahat, maneəsiz və rəqabətə dayanıqlı şəkildə çıxışını təmin edərək kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafına nail olmaq, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını təmin etmək, bununla da ölkə iqtisadiyyatına töhfə vermək məqsədini daşıyır.