Çatdırılma şərtləri

Əziz müştəri!
Sayt vasitəsilə “Kənddən Şəhərə” mağazasında (bundan sonra “Mağaza”) satılan istənilən qida məhsulunu Bakı şəhəri daxilində olduğunuz yeri tərk etmədən rahatlıqla sifariş edə bilərsiniz.

ÇATDIRILMA HAQQI

  • Çatdırılma Bakı şəhəri daxilində həyata keçirilir.
  • 28 May, Sahil, İçərişəhər, Xətai və Gənclik metro stansiyalarının yaxınlığındakı ərazilərə sifarişin ümumi məbləği 20 AZN-dən çox olduqda çatdırılma pulsuzdur. Digər metro stansiyaların yaxınlığındakı ərazilərə, o cümlədən Səbayıl rayonu daxilində çatdırılma haqqı 4 AZN təşkil edir.
  • Bakı kəndlərinə və şəhərdaxili digər ərazilərə çatdırılma haqqı 7 AZN təşkil edir.
  • 1 İyul tarixiədək saytın yeni istifadəyə verilməsi münasibətilə 20 AZN-dən yuxarı sifarişlərə şəhərdaxili bütün ərazilərə çatdırılma ÖDƏNİŞSİZDİR.

ÇATDIRILMA MÜDDƏTİ

Sifarişinizin çatdırılması üçün iki seçimdən birini seçə bilərsiniz:

Adi çatdırılma və təcili çatdırılma.

Adi çatdırılma saat 11:30 -13:00 və 19:00 – 20:30 olmaqla gün ərzində iki dəfə həyata keçirilir.

Məhsulları səbətə atdıqdan sonra sifarişinizi tamamlayarkən bu iki vaxt intervalından birini seçə bilərsiniz. 11:30 – 13:00 müddətində çatdırılması üçün sifariş 11:00-dan, 19:00 – 20:30 müddətində çatdırılması üçün isə 18:30-dan gec olmayaraq yerləşdirilməlidir.

Təcili çatdırılma: Əgər sifariş verdiyiniz məhsullar sizə ən qısa müddətdə lazımdırsa əlavə 2 AZN ödəməklə təcili çatdırılmanı seçə bilərsiniz. Təcili çatdırılma seçdiyiniz təqdirdə sifarişiniz çatdırılma ünvanından asılı olaraq 30-60 dəqiqə ərzində çatdırılacaqdır.

ÖDƏNİŞ

Sifariş məbləğini və çatdırılma haqqını qapıda (nağd) və ya kartla ödəyə bilərsiniz.

Kartla ödəmə seçdiyiniz təqdirdə ödəmə səhifəsində Kapital Bankın ödəniş səhifəsinə keçid edərək Visa və MasterCard kartları vasitəsilə etibarlı şəkildə ödənişi həyata keçirirsiniz.

Qapıda ödəmə seçdiyiniz təqdirdə isə tərəfimizdən təqdim olunan çekdə qeyd olunmuş məbləği nağd şəkildə çatdırılmanı həyata keçirən əməkdaşa ödəyirsiniz.

ÜMUMİ RAZILAŞMA ŞƏRTLƏRİ

ƏSAS ANLAYIŞLAR

Bu ümumi razılaşma şərtləri (bundan sonra ‘Şərtlər’) onlayn alğı-satqı münasibətləri ilə bağlı aşağıdakıları tənzimləyir;

İstifadə olunan anlayışlar

  • ALICI – http://KENDDENSEHERE.AZ internet səhifəsinin verdiyi texniki imkanlar vasitəsi ilə və elektron ödəniş edərək portalda qeyd olunmuş malları sifariş edən/alan, həmçinin bu şərtlərlə razılaşan fiziki və ya hüquqi şəxs;
  • SATICI – Portalda öz mallarını özünün istifadə etdiyi səhifədə onlayn qaydada satan, satış və çatdırılma şərtlərini özü müəyyən edən fiziki və ya hüquqi şəxs;
  • PORTAL – malın onlayn alış-veriş məkanı olan, SATICIya məxsus “www. KENDDENSEHERE.AZ” internet səhifəsi;
  • MAL – PORTALDA yerləşdirilmiş hər hansı mallar,
  • SİFARİŞ – Alıcının müəyyən etdiyi (sifarişdə qeyd etdiyi) ünvana çatdırılması məqsədilə Portaldan mal alınması üçün Portalda mövcud olan müvafiq formanın doldurularaq SATICIya elektron formada göndərilməsi.

XÜSUSİ ŞƏRTLƏR

  1. Şərtlər predmetini ALICI tərəfindən şəxsi və digər məqsədər üçün PORTALDA əks olunan malların alınması və digər formada istifadəsinə imkan yaradılması təşkil edir.
    Şərtlər PORTALDA cari vaxtda satışda olan bütün mallara şamil olunur.
  2. SATICI malları  şəxsən PORTAL vasitəsilə satılmasını təmin edir.
  3. PORTALDAN mal sifariş edən ALICI bu şərtlərlə tam razılaşdığını bəyan edir.
  4. Yetkinlik yaşına çatmayan şəxslərə (18 yaşdan aşağı olan şəxslər) PORTAL vasitəsi  ilə spirtli içkilərin satışı qadağandır. Sifarişçi tərəfindən sifariş çatdırılan zaman ALICI-nın şəxsiyyəti müvafiq sənədə (şəxsiyyət vəsiqəsinə) əsasən müəyyən olunacaq. ALICI 18 yaşından aşağı şəxs olduqda sifarişçiyə mal satışı dayandırılacaq.
  5. PORTALDA satılan mallar həmçinin satış şərtləri Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin 408-ci maddəsinə əsasən ümumi oferta hesab olunur.
  6. SATICI alış həyata keçirilənədək alış şərtlərini ALICIya xəbərdarlıq etdikdən sonra dəyişdirə bilər.
  7. Alış o vaxt baş tutmuş sayılır ki, ALICI malın dəyərini müvafiq formada (onlayn) ödəmiş olsun.
  8. PORTALDA olan sifariş formasını doldurmaqla ALICI özünə aid əlaqə vasitələri barədə məlumatların SATICI və ya SATICInın müəyyən etdiyi digər şəxslər tərəfindən istifadəsinə etiraz  etmir. Bura gələcəkdə ALICIya müxtəlif endirim kompaniyaları, digər əlaqəli məlumatların göndərilməsi də aiddir.
  9. ALICI sifariş etməklə SATICInın öz öhdəliklərinin icrasını 3-cü şəxslərə tapşırmasına etiraz etmir və SATICI sifariş ilə bağlı 3-cü şəxslərin bu şərtlərdən kənara çıxan hərəkətlərinə görə məsuliyyət daşıyır.
  10. www.KENDDENSEHERE.AZ” internet səhifəsində texniki-profilaktik işlərin aparıldığı günlərdən, aşağıda qeyd olunan və fors-major hallardan başqa, ALICI günün, ayın, ilin instənilən vaxtı PORTALın xidmətlərindən istifadə edə bilər. PORTALın iradəsindən kənar səbəblərdən dolayı PORTALın fəaliyyətinin istənilən müddətdə dayanması, habelə PORTALIN və SATICInın bu şərtlərdən irəli gələn öhdəliklərinin icrasının qeyri-mümkünlüyü səbəbindən ALICIya zərər dəyərsə, bu halda SATICI ALICI qarşısında hər hansı məsuliyyət daşımır.
  11. PORTALDA satış üçün nəzərdə tutulmuş malların şəkilləri illüstrativ təyinatlı olmaqla alınmış malla 100% eyni olmaya bilər. Məlumatlarda əhəmiyyətli çatışmazlıq olduğu təqdirdə, ALICI PORTALA yazılı müraciət ünvanlaya bilər.
  12. PORTALDA görsənməsinə baxmayaraq əgər sifariş verilmiş mal SATICInın anbarında yoxdursa, SATICI bu barədə ən qısa vaxt ərzində ALICIya PORTAL vasitəsilə xəbər verməklə sifarişi ləğv edir.
  13. ALICI tərəfindən PORTALDA yanlış məlumat verilməsi nəticəsində sifarişin icra edilməməsinə görə SATICI məsuliyyət daşımır.
  14. Sifariş verildikdən sonra ALICInın ünvanının məsafəsindən asılı olaraq SATICI sifarişin çatıdırılma tarixi, vaxtı və digər şərtləri barədə ALICIya məlumat verir. Çatdırılma xidməti SATICI tərəfindən həyata keçirilirsə, bu barədə PORTAL vasitəsilə ALICIya məlumat verilir.
  15. Əgər buna obyektiv səbəb varsa, malların çatdırılma vaxtı/tarixi PORTAL vasitəsilə SATICI tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər.
  16. Çatdırılma və ya digər problemlər ilə bağlı ALICI PORTAL vasitəsilə öz şikayətlərini elektron qaydada təqdim edə bilər.
  17. Malların çatdırılması yalnız Azərbaycan Respublikasının dövlət sərhədləri ilə məhdudlaşır.
  18. Göndərilmiş malı qəbul edən ALICI (və ya 3-cu şəxs) malı kuryerdən qəbul edərkən yerində mala baxış keçirməlidir. Baxış keçirdikdən sonra ALICI (və ya 3-cu şəxs) malın çatıdılmasını təsdiq edən sənədi imzalayır və bununla mala dair hər hansı iddia olmadığını bəyan edir. Spirtli içkilərin çatdırılması 3-cü şəxslər cəlb olunmadan yalnız ALICInın şəxsən özünə təhvil verilir.
  19. Mal ALICIya çatdırıldıqdan  sonra malla bağlı bütün risklər ALICIya keçir.
  20. PORTALda satılan malların qiyməti vergilər daxil olmaqla Azərbaycan manatı ilə PORTALda göstərilir.
  21. Əgər PORTALda malın qiyməti səhv göstərilibsə, SATICI sifarişə qiymətlə bağlı müvafiq dəyişiklik edir.
  22. PORTALda malın qiyməti SATICI tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. Bu barədə PORTALda müvafiq dəyişiklik edilir.
  23. Bank kartı vasitəsilə onlayn ödəniş edilərkən bank xidməti göstərən şirkət əməliyyatın dələduzluq və digər qeyri-qanuni məqsədlərlə həyata keçirildiyini müəyyən edərsə, ödənişi ləğv edə bilər. Bu cür hallardan yaranan mübahisələrə görə SATICI məsuliyyət daşımır.
  24. SATICI birtərəfli qaydada öz mallarına endirim tətbiq edə bilər.
  25. Malların geri qaytarılması şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunla tənzimlənir. Əgər SATICInın təqsiri səbəbindən olmayan hallarda mal qaytarılırsa, qaytarılma ilə bağlı xərclər ALICIdan tutulur.
  26. Malın təyinatına uyğun olmayan formada istifadə nəticəsində ALICIya vurulmuş zərərə görə SATICI məsuliyyət daşımır.
  27. PORTALdan istifadə nəticəsində fərdi məlumatlardan istifadə üzrə münasibətlər “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir.
  28. Mallara dair zəmanət müddəti malın istehsalçısı tərəfindən müəyyən olunur.
  29. Bu Şərtlərdən irəli gələn və ya onunla, o cümlədən onun təfsiri, icrası, xitamı və etibarsızlığı ilə bağlı yaranan bütün mübahisələr və ya iddialar, ilk növbədə tərəflər arasında vicdanla və dostcasına danışıqlar yolu ilə həll edilir. Əgər bu cür mübahisə 5 iş günü ərzində Tərəflər arasında həll edilməzsə, bu halda həmin mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həll edilir.
  30. SATICIya qarşı iddialar PORTAL vasitəsilə SATICIya ünvanlanılır.
  31. SATICI bu şərtlərdə və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan ALICInın öhdəliklərinin birinin icra edilməməsi və ya tam icra edilməməsi səbəbindən ALICInın sifarişini ləğv edə bilər.
  32. SATICI və ALICI arasında müqavilə hüquq münasibətləri ALICI bu şərtləri PORTAL vasitəsilə qəbul etdiyi andan yaranır.