Sual Cavab

Sifarişi necə verə bilərəm?

İstədiyiniz məhsulu kateqoriya menyusu və ya axtarış vasitəsilə tapın və məhsulun aşağısındakı səbət düyməsi vasitəsilə məhsulu səbətinizə əlavə edin. Bütün məhsulları səbətinizə əlavə etdikdən sonra saytın sağ yuxarı bölümündəki SƏBƏTİM düyməsinə klikləməklə səbətinizə daxil olun. Məhsulları gözdən keçirdikdən sonra \"Sifarişi tamamla\" düyməsinə klikləyin. Daha sonra hesabınıza daxil olun və ya hesab yaradın. Çatdırılma ünvanını və əlaqə telefonunu təsdiqləyin və ya daxil edin. Ödəniş növünü seçin, kartla ödəmə seçdiyiniz təqdirdə ödənişi edin və sifarişi yerləşdir düyməsinə klikləyin.

Hesabı necə yaradım?

Saytın sağ yuxarı hissəsindəki daxil ol düyməsinə klikləyərək sağ hissəyə məlumatlarınızı daxil etməklə hesab yarada bilərsiniz. Daha sonra hesabınıza daxil olmaq üçün istifadəçi adı və şifrənizdən istifadə edəcəksiniz. 

Ödəmə necə həyata keçirilir?

Sifariş məbləğini yerində və ya onlayn ödəyə bilərsiniz.
Kartla ödəmə seçdiyiniz təqdirdə ödəmə səhifəsində Kapital Bankın ödəniş səhifəsinə keçid edərək Visa və MasterCard kartları vasitəsilə etibarlı şəkildə ödənişi həyata keçirirsiniz. Qapıda ödəmə seçdiyiniz təqdirdə isə tərəfimizdən təqdim olunan çekdə qeyd olunmuş məbləği nağd şəkildə çatdırılmanı həyata keçirən əməkdaşa ödəyirsiniz.
Çatdırılma haqqı nağd şəkildə ödənilməlidir.

Sifarişimi başqa ünvana göndərə bilərəmmi?

Sifarişinizi başqa ünvana göndərə bilərsiniz, lakin sifarişi tamamlama hissəsində sifarişi qəbul edəcək şəxsin adı soyadı və əlaqə telefonunu qeyd etmək tələb olunur.

Sifarişimin yerləşdirildiyini haradan bilə bilərəm?

Sifarişi tamamladıqdan sonra ekrana təsdiq mesajı gələcəkdir. İstifadəçi hesabınıza daxil olaraq sifariş tarixçənizdən sifarişinizin statusunu izləyə bilərsiniz.

Sifarişi yerləşdirdikdən sonra dəyişə bilərəmmi?

Sifarişin dəyişdirilməsi sifarişin seçilmiş çatdırılma vaxtına 1 saat qalana qədər yalnız telefon zəngi vasitəsi ilə mümkündür.

Sifarişim gecikərsə nə edə bilərəm?

Sifarişiniz çatdırılması tıxac və digər səbəblərdən gecikə bilər.Sifarişiniz gecikdiyi halda 0556974492 nönrəsilə əlaqə saxlaya, sifarişinizin gecikmə səbəbi və çatdırılma vaxtı haqqqında məlumat əldə edə bilərsiniz.

Sifarişi necə ləğv edə bilərəm?

Sifarişinizi çatdırılma saatından 30 dəqiqə əvvəl mağazanın əlaqə nömrəsinə zəng edərək ləğv edə bilərsiniz. Ödənişi kartla etdiyiniz təqdirdə hesabınızdan çıxılan pul gün ərzində balansınıza geri qaytarılacaqdır.

Hər hansı bir səbəbdən məhsulu qaytara bilərəmmi?

Təzə meyvə tərəvəz və digər tez xarab olan məhsullar istisna olmaqla məhsulları qablaşdırması açılmadığı təqdirdə 14 gün ərzində mağazaya qaytara bilərsiniz.

Məhsullar haradan təmin olunur?

Kənddən Şəhərə mağazasında satılan məhsullar kiçik və orta ölçülü fermerlərdən və yerli qida istehsalçılarından təmin olunur.

Sizinlə necə əlaqə saxlaya bilərəm?

Əlaqə nömrələrimiz vasitəsi ilə, o cümlədən elektron poçt və ya sosial media üzərindən bizimlə əlaqə saxlaya bilərsiniz.